Orxan Nəzərli: “Bu ilin yanvar ayına isə 712 min vergi ödəyicilərinin sayı qeydə alınıb”

 10-02-2023

“Ötən il qeyri-neft sektoru üzrə dövriyyələrdə artım qeydə alınıb”.

Milletinsesi.info xəbər verir ki, bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.  

O bildirib ki, qeyri-neft sektoru üzrə dövriyyələrin artımı 22,6%, qeyri-neft sektorunda ƏDV üzrə dövriyyənin həcmində artım 21,7% olub. Eyni zamanda elektron qaimə-faktura üzrə dövriyyənin həcmində də 26% artım müşahidə edilib:

“Ötən il aktiv vergi ödəyicilərinin sayı 7%, aktiv ƏDV ödəyicilərin sayı 15,1%, aktiv obyektlərin sayı 3,2%, artıb. Bu ilin yanvar ayına isə 712 min vergi ödəyicisi qeydə alınıb”. 

O.Nəzərli bildirib ki, 2019-2022-ci illərdə qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 291 min 435 olub, yəni ümumi əmək müqavilələrində xüsusi çəkisi 47,6% olub. DSMF gəlirlərində büdcədən ayırmalar 2018-2022-ci illər arasında 36%-dən 20%-ə doğru dəyişib, yəni 16% azalma olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, 2022-ci il üzrə Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcmi 21,1 milyard manat təşkil edib.

O qeyd edib ki, buraya bütün fiskal yığımlar aiddir: “Bu məbləğ büdcənin ümumi fiskal yığımlarından 78,9%-i həcmində olub. Vergi daxilolmaları ötən 15,5 milyon manat olub ki, bu da ötən illə müqayisədə 82,2% çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmaları isə 8,1 milyon manat təşkil edib.

Ötən il qeyri-neft və qeyri-qaz sektorundan vergi daxilolmaları 2017-ci illə müqayisədə 1,8 milyard manat çox olub. 2021-ci illə müqayisədə isə 22,9% artıq icra olunub. Ötən il ÜDM-in nominal artım tempi 21,6% təşkil edib. Vergi daxilolmalarından nominal artım tempi isə 27,9% təşkil edib”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib ki, hazırda Azərbaycanda vergi sisteminin inkişafı ilə bağlı yeni strategiya hazırlanır. 

O bildirib ki, bu strategiya çərçivəsində bu il yeni vergi məcəlləsini hazırlayıb bitirə bilərlər.

 

Bənzər yazılar

0.14624786376953