Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta sisteminin tətbiq olunması geniş yayılıb.
Bəs sənədsiz evlərin icbari sığortası ilə bağlı problem necə həll ediləcək?
Lent.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova məsələ ilə bağlı APA-ya bildirib ki, icbari sığorta ilə məşğul olan həm dövlət, həm də özəl sektor qurumları elektron informasiya resursundan tam istifadə edəcəklər.
Onun sözlərinə görə, ölkədə qeydiyyata alınmamış tikililərin tənzimlənməsi iqtisadi sahədəki, eləcə də vətəndaşların hüquq və mənafeləri ilə bağlı bir çox məsələnin həllinə töhfə verəcək:
“Evlərin sənədləşdirilməsi, vətəndaşların qeydiyyatı, evlərin sığortalanması, alqı-satqısı, vərəsəlik, ipoteka kimi bir çox sahələrdəki problemlərin avtomatik olaraq həll olunmasına şərait yaradacaq”.