Diabetli uşaqlara qrip peyvəndi VURULA BİLƏR? 

 01-02-2023

“Diabetdən əziyyət çəkən uşaqlara qrip əleyhinə peyvənd vurula bilər. Normal uşaqlara qrip ilə müalicə prosesində verilən dərmanlar onlara da tətbiq edilə bilər”.

Milletinsesi.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə nazirliyin “Instagram” hesabında canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, məktəb dövründə qrip halları artıb:

“Tez-tez məktəblilərin qrip epidemiyası ilə bağlı müraciətləri daxil olur. Sentyabr-oktyabr aylarından qrip əleyhinə peyvəndlərin vurulması tövsiyə edilir. Bu, mövsümdə uşaqların qripə yoluxmasının qarşısını ala bilərlər. Bu il vurulan qrip peyvəndi bu il yayılan virusa qarşı effektivdir. Növbəti il yeni qrip peyvəndi vurulmalıdır. Çünki bu xəstəliklə mübarizə üçün ən optimal yol peyvənddir”.

Həkim qeyd edib ki, həssas, tez-tez qripə yoluxan uşaqlara bu peyvənd başqa vaxtlarda da vurula bilərlər: “Kök uşaq sağlam uşaq demək deyil”.

O bildirib ki, bəzən valideynlər kiçik yaşda uşaqların qidalanmasına diqqət etmədiklərindən yersiz kökəlmələr olur:

“Diabet olmayan ailələr qidalanmaya, lazımsız şirniyyata üstünlük verməməlidirlər. Çəki və boy normaldırsa, uşaqları kökəltməyə çalışmasınlar. Kök uşaq sağlam uşaq demək deyil. Diabet olan ailələr isə xüsusilə qidalanmaya ciddi önəm verməlidirlərValideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində bu xəstəliyin aşkarlanması mümkündür”.

O bildirib ki, diabetin genetik faktorla əlaqəli olduğu hər kəsə məlumdur: “Bu gün diabet xəstəliyinin ən çox rast gəlinən növ - 1-ci tip diabetdir və bütün yaşlarda ortaya çıxa bilər. Son 10-20 ildə 2-ci tip diabet isə uşaqlarda rast gəlinir və bu, 10 yaşdan sonra ortaya çıxır”.

Bənzər yazılar

0.49811792373657