Xaçmaz sakini Aysel Bəşirova azyaşlı övladının əlillik dərəcəsinin düzgün təyin edilməməsi ilə bağlı şikayətçidir.
2012-ci ildə ailə həyatı quran Ayselin bir qız və bir oğlan övladı olub. Hər iki uşaq fiziki məhdudiyyətlidir.
“Qızım iflic idi, başında quruma var idi. Maddi sıxıntılar ucbatından müalicə edə bilmədiyim üçün uşağımı səkkiz yaşında itirdim. İki ildir vəfat edib. 2017-ci ildə oğlum olub. O da anadangəlmə iflicdir. Uşağın pensiyasını kəsiblər”, - deyə A.Bəşirova qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində: