Özünü qazi kimi təqdim edib DİLƏNƏN ŞƏXS SAXLANILDI - VİDEO

 03-05-2022

Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MillətinSəsi.info-a verilən xəbərə görə, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub. Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ümid Məmmədov barəsində araşdırmalar davam edir.

Bənzər yazılar

0.18849921226501