Fransalı senator Azərbaycanın İrandakı səfirliyində törədilən TERROR AKTINI PİSLƏYİB

 27-01-2023

Fransa Senatının üzvü Natali Qule Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib.

Bu barədə fransalı senator öz “Twitter” səhifəsində paylaşım edib.

“Azərbaycanın Tehrandakı səfirliyinə hücumu kəskin şəkildə pisləyirəm. Nəticədə bir nəfər həlak olub, bir neçə təhlükəsizlik əməkdaşı yaralanıb. Mərhum Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını diləyirəm”, - deyə o qeyd edib.

 

Bənzər yazılar

0.31917405128479