“Azərbaycanın İrandakı səfirliyinə vəhşi hücum hər bir sivil ölkə tərəfindən pislənilməlidir! Günahkarlar cəzalandırılmalıdır!”
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov öz “Twitter”də paylaşımında yazıb.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Tehrandakı səfirliyimizin təhlükəsizlik xidmətinin igid azərbaycanlı əməkdaşları günahsız insanların həyatını xilas ediblər.
“Şəhidimizin ruhu şad olsun”, - Ş.Mövsümov qeyd edib.
Brutal attack on #Azerbaijan Embassy in #Iran must be condemned by every civilized country! The perpetrators must be punished! Brave Azerbaijani servicemen saved innocent lives today. May the lost soul rest in peace ???????? #StopTerror pic.twitter.com/1M8KR028vn
— Shahmar Movsumov (@ShahmarM) January 27, 2023