Aydın Canıyev Eynulla Fətullayevin şikayəti ilə HƏBS OLUNUB

 26-01-2023

Aydın Canıyev həbs olunub.

Bu barədə Aydın Canıyevin sosial şəbəkə hesabında paylaşım edilib.

“Yasamal məhkəməsi Aydın Cana 1 aylıq inzibati həbs verdi. Eynulla Fətullayevin Baş Prokurorluğa feysbuk statuslarına görə  iddia ərizəsi əsasında. Aydın Can qərara etiraz etməyib, vəkildən imtina edib. Bir aydan sonra hər şeyi hər kəsi AYDINlatmaq ümidiylə...” - paylaşımda qeyd olunub.

Eynulla Fətullayev də “Facebook” profilində bu barədə yazıb. O qeyd edib ki, A. Canıyev sosial şəbəkədə onunla bağlı təhqirlər yazdığı üçün Baş Prokuror Kamran Əliyevə müraciət edib. Baş redaktor müraciətinə operativ cavab verildiyi üçün Baş Prokurora və məhkəməyə təşəkkür edib.

Eynulla Fətullayev Aydın Canıyevin onun anasını söydüyünü, bu üzdən də Baş Prokurorluğa müraciət etdiyini bildirib.

Xatırladaq ki, Aydın Canıyev haqqın.az saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında məhkəməyə çıxarılıb.

 

Bənzər yazılar

0.49120020866394