Bir mahnı Sevil Sevinc bacıları ilə Aysunu düşmənə çevirdi - VİDEO

 02-05-2022

Müğənni Aysun İsmayılovanın oxuduğu "Bəlkə gələsən" mahnısını həmkarları Sevil və Sevinc Səfərova bacılarının bəyənməməsi üçlü arasında qalmaqala səbəb olub.

MillətinSəsi.info Bizim.Media-a istinadən xəbər verir ki, ötən həftələrdə "ŞouRum" maqazin verilişində qonaq olan Səfərova bacılarının İsmayılovanın sözügedən mahnısına "son zamanlar belə mahnılar dinləmək istəmirəm. Yəni ağlamaq istəmirəm" – deyə şərh verməsi, qarşı tərəfi "cin atına" mindirib.

Aysun "ŞouRum" kamerası önünə keçib, bacıları sözləri ilə belə sancıb:

"Kimin dinləyib-dinlənməyəcəyi maraqlı deyil. Çünki, o mahnını şəhidlərimizə həsr etmişəm. Bu mahnını şəhid ailələri dinləyirsə, o mənim üçün dünyadır. Sevil-Sevinc dinləməsə də olar".

Əkiz bacıların meyxanaçı Namiq Qaraçuxurlu ilə duet oxuduğu "Oxşamıram" mahnısına isə İsmayılova "yerdən yerə" vurub:

"Onların oxuduğu duetlərini sevmədim. O mahnı mənə yapışmadı. Əkizlərin digər mahnılarını, "mashup"larını sevirəm, amma bu mahnıları heç xoşuma gəlmədi".  

 

Bənzər yazılar

0.22857618331909