Küçədə açıq-aşkar narkotik ticarəti - VİDEO

 30-04-2022

Sosial mediada iranlı yaşlı qadının küçədə açıq şəkildə narkotik maddə satdığına dair video yayılıb.

Yerli sakin tərəfindən çəkilən videogörüntüdə yaşlı qadın “şüşə” adlandırılan narkotik maddəni sadəcə 7 min tümənə satdığını deyir.

Qeyd edək ki, İran rejiminin son 43 ildəki yarıtmaz siyasəti İran xalqını çıxılmaz duruma salıb. Bu ağır vəziyyətlə üzləşən bəzi insanlar çıxış yolunu təəssüf ki, narkotik maddə satmaqda görür. Təbii sərvətlərinə görə dünyada ön sıralarda olan İran hakimiyyəti isə xalqın pulunu digər ölkələrdəki proksi-qruplaşmaları dəstəkləməyə, habelə nüvə, dron və ballistik raket proqramlarına xərcləyir.

Mənbə: Azad İran

Bənzər yazılar

0.22012901306152