Türkiyədə atların XINA GECƏSİ OLUB: Sonra da zurna-balabanla TOY EDİBLƏR - VİDEO

 18-01-2023

Türkiyənin Kocaeli vilayətində atlar üçün xına gecəsi təşkil edilib.

Xınadan sonra atların toy mərasimi olub. Bir qrup insan atlarla birlikdə rəqs edib, hətta yallı gedib.  

Kocaelinin Darıca rayonunda atçılıq klublarından birində baş tutan toy mərasimi görənləri təəccübləndirib. Klubun dişi atlarından olan “Rapunzel” və erkək at “Miltəkin”lə evləndirilib. Zurna-balabanın da ifa olunduğu toyda iki at öz həyatlarını birləşdiriblər. Toyda “Rapunzel”in başına gəlin fatası, “Miltekin”ə isə lentdən hazırlanmış kəpənək qalstuk (papyon) taxılıb.

Mənbə: Haber Global

Bənzər yazılar

0.1604700088501