Elşad Hacıyevə polis polkovnik-leytenantı RÜTBƏSİ VERİLİB

 13-01-2023

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.

Bu barədə onun özü sosial şəbəkə vasitəsilə məlumat yayıb.

"Fəaliyyətimi polis polkovnik-leytenantı rütbəsində davam etdirəcəyəm. Göstərilən etimada görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam", - o bildirib.

Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O, daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri olub.

Bənzər yazılar

0.41169214248657