“Colosium Engineering Consulting Company” MMC LAYİHƏLƏRİ ŞİŞİRDİB, MİLYONLARI MƏNİMSƏYİB?

 07-01-2023

Prezident İlham Əliyevin iqtisadi sahədə başlatdığı islahatlar artıq böyük vəzifəli məmurların kurasiya etdiyi şirkətlərə də çatıb.

Əldə etdiyimiz məlumata görə illərdir səlahiyyətlərindən, əllərindəki inzibati resurslardan istifadə edərək büdcədən maliyyələşən layihələri müxtəlif formalarla yaxın ətraflarının, dost-tanışlarının adlarına rəsmiləşdirdikləri şirkətlərə ötürən məmurların barədə ciddi araşdırmalar başlanılıb.

Artıq bir neçə qurumdan ibarət yaradılan komissiyalar şübhəli fəaliyyət göstərən, böyük məbləğli layihələri icra edən şirkətlərin siyahısını hazırlamaqla məşğuldur.

Əldə etdiyimiz məlumata görə bir neçə ildir ki, dövlət büdcəsindən ayrılan milyonlarla dəyəri olan layihələri həyata keçirən “Colosium Engineering Consulting Company” MMC-dir.

Belə ki, 2016-cı ildə yaradılan bu şirkətin əslində Prezident Administrasiyasında yüksək vəzifədə çalışan şəxsə məxsus olduğu iddia edilir.

Məhz bu yüksək vəzifəli məmurun şəxsi əlaqəlari vasitəsilə də illərdir ki, milyon manatlarla dəyəri olan büdcədən formalaşan tikinti layihələrənin “Colosium Engineering Consulting Company” MMC-yə verildiyi deyilir.

Bir neçə vaxtdır ki, Prezidentin iqtisadi şəffaflığı artırmaq barədə İqtisadiyyat naziri Mikayıl Cabbarova verdiyi xüsusi tapşırıqdan sonra böyük vəzifəli məmurların “kassasına” çevrilən bu tip şirkətlərə daha dövlət layihələrinin verilmədiyi, indiyədək icra olunan layihələrin isə araşdırıldığı bildirilir.

Bu şirkətlərin araşdırılmaqlarına səbəb isə görülən işlərin qiymətlərinin dəfələrlə şişirdildiyi, real bazarla uyğunluq təşkil etməməsidir.

“Colosium Engineering Consulting Company” MMC-nin indiyədək bir sıra nazirlik və icra hakimiyyətləri ilə gördükləri işlərin də yaxın zamanlarda yoxlanacağı deyilir.

Şirkətin Prezident Administrasiyasındakı yüksək vəzifədə çalışan hamisinin isə baş verən proseslərə müdaxilə edə bilmədiyi vurğulanır.

Bu barədə araşdırmalarımız davam edir.

Qarşı tərəf mövqe bildirə bilər.

Mənbə: azfakt.com

Bənzər yazılar

0.14273905754089