Damla: “Məndən 3 kiloqrama yaxın piy çıxardıblar”

 24-04-2022

"100, 80, 70 kilo ilə deyil, 65 kilo çəki ilə əməliyyata girmişəm. Məndən 3 kiloqrama yaxın piy çıxardıblar. Hazırda isə 62 kiloyam".

Bizim.Media xəbər verir ki, bu sözləri Afrikanın Namibiya şəhərində ailəsi ilə tətildə olan müğənni Damla (Məsumə Əliyeva) sosial şəbəkə hesabında lentə aldığı selfi videoda deyib.

Sənətçi "Əməliyyatdan sonra fərq yoxdur" deyən sosial şəbəkə izləyicilərinin suallarına belə cavab verib.

"Deyirsiz ki, əmliyyatdan çıxmışam, amma fərq yoxdur. Hansı fərqi nəzərdə tutursuz? 90 kilo idim ki, əməliyyatdan çıxdım, yenə 90 kilo qaldım, fərq olmadı. Siz məni nə boyda görürsüz ki?! Gözünüzdə yəni o boyda çəki ilə məni görürsüz?".

Qeyd edək ki, Damla bir neçə həftə əvvəl 9 saatlıq plastik əməliyyat keçirib. O, üzündə və qollarında kök hüceyrə, sinə ölçüsünü kiçildib. Eyni zamanda qarın hissədə olan piylərdən azad olub.

Müəllif Rəşad Əliyev 

Bənzər yazılar

0.20806503295898