Konqonun Fransadakı səfiri “oğurluqda” İTTİHAM OLUNUB

 31-12-2022

Konqo Demokratik Respublikasının Xarici İşlər Nazirliyi Parisdəki səfiri İzabel Çombeni böyük maliyyə mənimsənilməsində iştirakı şübhəsi ilə əlaqədar geri çağırıb.

Məlumata görə, KDR hökumətinin idarələrarası komissiyası tərəfindən aparılan audit 2022-ci ilin yanvar-noyabr aylarında Fransadakı səfirliyin büdcəsindən 1,8 milyon avro vəsait itkisi aşkar edib.

Səfirə yanvarın 15-dək ölkəyə qayıtmaq tapşırılıb.

Öz növbəsində İzabel Çombe ittihamların həqiqətə uyğun olmadığını və bunu sübut etmək niyyətində olduğunu bildirib.

Mənbə: TASS

Bənzər yazılar

0.1546528339386