Baku TV-nin əməkdaşı Vətən müharibəsi şəhidi Amil Hüseynovun ailəsini ziyarət edib.
Şəhidin qardaşının sözlərinə görə, Amilin sonuncu zəngindən 62 gün sonra onun Füzulidə şəhid olmasından xəbər tutublar.
“Atam evə gəldi. Kefi yox idi. Zəng gəldi, çölə çıxdı. Soruşanda dedi ki, zəng eləyiblər ki, gözün aydın, Amildən xəbər var. Atam bizi aldatdı. Çox sevindik ki, bəlkə də girov düşüb”, - deyə şəhidin bacısı Aysel Hüseynova deyib.
O əlavə edib ki, qardaşı son zəngində onu böyük oğluna tapşırıb:
“Telefonu böyük oğlum Tahirə verməyimi istədi. Dedi ki, Ayseldən muğayat ol. O anda hiss elədim ki, nəsə var”.
Qeyd edək ki, Amil Hüseynov Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda döyüşlərdə iştirak edib.
Daha ətraflı süjetdə: