“PAŞA Holding” tərəfindən şəhid ailələrinə bayram sovqatları ÇATDIRILIR

 23-12-2022

“PAŞA Holding” Vətən müharibəsində, eləcə də ondan sonrakı dövrdə, 2022-ci ilin sentyabrında erməni təxribatları zamanı şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün sosial dəstək proqramının icrasına başlayıb.

Proqram çərçivəsində Yeni il, Novruz, Qurban, Ramazan bayramları və Zəfər Günü münasibətilə şəhid övladı olan ailələrə “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatlarının təqdim edilməsi nəzərdə tutulub. Layihə ümumilikdə 800-dən çox ailəni əhatə edir.

Sovqatlar 22 dekabr tarixindən etibarən “Bravo” supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir. Sosial proqram məhz 18 yaşadək uşaqları əhatə etdiyindən sovqat qutusuna uşaqlar üçün də bayram paketi daxil edilib. 
Xatırladaq ki, “PAŞA Holding” və onun törəmə şirkətləri tərəfindən təşkil olunmuş bu proqram təhsil və səhiyyə sahələrini də əhatə edir və 2023-cü il ərzində davam etdiriləcək.

Bənzər yazılar

0.14033579826355