Tanınmış "Courtyard by Marriot" (rəsmi adı “Vinter Park Hotel Company” MMC) otelinə qarşı məhkəmə iddiası qaldırılıb.
“Kriminalqafqaz”ın məlumatına görə, otel rəhbərliyi əmək müqaviləsi olmayan işçi və ya işçiləri çalışdırıb.
Belə ki, Əmək Müfəttişliyi tərəfindən otel barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.
İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, “Vinter Park”ı 25 min manatadək cərimə cəzası gözləyir. Qeyd edək ki, otelin rəhbəri və təsisçisi sektorda tanınmış iş adamı Eldar Əlimuradovdur.
Qeyd edək ki, Bakıda Füzuli küçəsində "Winter Park Baku" adlı məşhur hotel yerləşir. Həmin hoteldən saytımıza bildiriblər ki, onların “Vinter Park Hotel Company” MMC ilə heç bir bağlılığı yoxdur. Hotel rəsmisinin sözlərinə görə, "Vinter Park Hotel Company" MMC əslində həmin hotellə üzbəüz yerləşən "Courtyard by Marriot" hotelinin daxil olduğu şirkətdir.
Fotoda: "Courtyard by Marriot Hotel"
Fotoda: "Winter Park" hotel
Müəllif Amin Nəzərli