İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiyanın funksiyaları GENİŞLƏNDİRİLİB

 20-12-2022

İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiyanın öz vəzifələrini yerinə yetirmək üçün funksiyaları genişləndirilib.

Bununla bağlı Nazirlər Kabineti “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edib.

Belə ki, idarələrarası komissiya insan alverinə qarşı mübarizə sahəsindəki mövcud vəziyyəti, o cümlədən insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması məqsədilə görülən tədbirlərlə yanaşı, bundan sonra həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması məqsədilə onların xidmət sektorundakı fəaliyyəti ilə bağlı ölkədaxili vəziyyəti təhlil edəcək.

Onu da qeyd edək ki, 2005-2020-ci illər üzrə ölkədə insan alveri ilə bağlı qeydə alınan faktlar üzrə cinayət törətmiş şəxslərin sayı açıqlanıb. 

Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 2005-2020-ci illər üzrə ölkədə insan alveri ilə bağlı cinayətlərlə mübarizə işinin vəziyyətinə dair statistik məlumatlarına istinadən xəbər yayıb. 

Bildirilib ki, qeydə alınan 4248 fakt üzrə cinayət törətmiş şəxslərin sayı 2646 nəfərdir.

Son 15 il ərzində insan alveri qurbanlarının sayı 1070 nəfər, insan alverçilərinin sayı 594 nəfərdir.

Bundan başqa, 15 il ərzində Azərbaycan bu zəmində 4248 cinayət faktı qeydə alınıb.  Bu cinayətlərdən 1496-sı insan alveri, 48-i məcburi əmək, 170-i isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlıdır.

Bundan başqa, insan orqanlarının və ya toxumaların alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə ilə bağlı dörd fakt aşkarlanıb.

 

Bənzər yazılar

0.20454907417297