Dünyaca məşhur rejissor Ceyms Kemeron “Titanik” filmində Cekin ölümünü sübut etmək üçün tibbi ekspertiza tutub.
Rejissor belə qeyri-adi üsulla pərəstişkarları arasında Leonardo Di Kaprionun oynadığı qəhrəmanın sağ qala biləcəyi ilə bağlı uzun illər davam edən mübahisələrə son qoymaq qərarına gəlib.
Kameron həkim-ekspertdən əlavə Di Kaprio və Keyt Uinsletin qəhrəmanları ilə eyni bədən quruluşuna və bədən çəkisinə malik iki kaskadyoru işə cəlb edib.
Cek Dousonun niyə sağ qala bilməyəcəyi ilə bağlı eksperimentin nəticələri Kameronun “National Geographic” üçün “Titanik” filminin çəkilişləri ilə bağlı sənədli filmində görmək olar.
Rejissorun özü filmin təqdimatından əvvəl kino qəhrəmanının sağ qalmaq üçün heç bir şansının olmadığını deyir.
“Təcrübənin nəticələrinə görə, məlum oldu ki, yalnız bir nəfər sağ qala bilər”, - deyə Kemeron bildirib.
Mənbə: Gazeta.ru