Qarabağda separatçılar arasında “hərbi vəziyyət”: Arayik Rubeni qabağa verib, ARADAN ÇIXIR?

 14-12-2022

Qarabağdakı separatçıların təşvişi getdikcə artır. Onların düçar olduğu vəziyyət o qədər idarəolunmaz xarakter alıb ki, onlar artıq “hərbi vəziyyət” elan etmək məcburiyyətində qalıblar.

Erməni mətbuatında yer alan xəbərlərə görə, Qarabağdakı separatçıların “lider”i Arayik Arutyunyan müvafiq “qərar qəbul edib”.

Qərarla həmçinin Qarabağda yaşayan ermənilərin sərbəst toplaşmalarının da qarşısı alınıb.

Qeyd edək ki, erməni separatçıları azərbaycanlılar Laçın yolunda etiraz aksiyasına başlayan zaman olduqca iddialı şəkildə Xankəndidə toplanıb bu etiraz aksiyalarına müdaxilə edə biləcəkləri fikrini səsləndirirdilər. Ancaq azərbaycanlıların etirazları üçüncü gündür böyük əzm və qətiyyətlə davam etdiyi halda, “yürüş” etmək iddiasında olan separatçılar artıq sərbəst toplaşma imkanlarını belə itiriblər.

Üstəlik, separatçıların “hərbi vəziyyət” qərarından sonra yaranmış vəziyyətə nəzarət üçün “operativ qərargah” formalaşdırılıb. Bu “qərargah”ın sədri isə Rusiyadan Qarabağa riyakar planlar quraraq gəlmiş milyarder Ruben Vardayan “təyin edilib”.

Beləliklə, separatçıların “lideri” Arayik Arutyunyan yaranmış xaos vəziyyətindən asanlıqla çıxış yolu tapıb. O, bütün məsuliyyəti Ruben Vardanyanın üzərinə ataraq “aradan çıxıb” desək, yanılmarıq.

Ruben Vardanyanın belə bir məqamda özü kimi separatçı olan Arayik Arutyandan ön plana çıxması həm də onun Qarabağa Arayik Arutyunyanın “böyükləri” tərəfindən göndərildiyini də növbəti dəfə ortaya qoyur.

Bənzər yazılar

0.14806079864502