Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda Fransa Polşaya qalib gəlib.
Milletinsesi.info xəbər verir ki, matçın son anlarında dördüncü qol vurulub.
Belə ki, qarşılaşmanın 90+9-cu dəqiqəsində Levandovski penalti zərbəsi ilə Polşanın heyətində fərqi azaldıb.
Onun zərbəsini əvvəlcə Fransanın qapıçısı Üqo Lloris tutsa da, hakim bildirib ki, zərbə yenidən təkrarlanmamalıdır.
Hücumçu ikinci cəhdində şansı əldən verməyib və qolu reallaşdırıb.
Bu, matçdakı son hadisə olub. Hakim qarşılaşmanı bitirib.
Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Fransa və Polşa yığmalarının start heyətləri açıqlanıb.
Milletinsesi.info-ın məlumatına görə, komandalar matça aşağıdakı "11-lik"lərlə başlayacaqlar:
Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kamil Qlik, Metti Keş, Pşemıslav Frankovski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Sebastian Şimanski, Yakub Kaminski
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.