Texas ştatının Hyuston şəhərində reper “Takeoff”un (Kerşnik Kari Boll) qətlində şübhəli bilinən Patrik Xavyer Klark həbs edilib.
Bu barədə polis rəisi məlumat verib.
Onun sözlərinə görə, araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanları müşahidə kameraları və telefonlardan alınan videoları, səs yazılarını öyrənib.
“Bu məlumat sayəsində silahlının Patrik Klark olduğu qənaətinə gəldik”, - deyə polis sözçüsü bildirib.
Xatırladaq ki, noyabrın 1-də Hyustonda boulinq meydançasında naməlum silahlı şəxs atəş açıb. Nəticədə güllə məşhur reper “Takeoff”a dəyib, o, yerindəcə dünyasını dəyişib.
Polis sözçüsü bildirib ki, atışma zər oyunu üstündə mübahisə zamanı baş verib. Ancaq vurğulanır ki, reper nə oyunda, nə də davada iştirak etməyib, silahlı olmayıb. O, sadəcə baş verənləri kənardan izləyirmiş.
Yerli hakimiyyət orqanları araşdırmaları və şahidləri dindirməkdə davam edir.
Mənbə: CNN