Masallı icra hakimiyyətinin başçısı Şahin Məmmədovla bağlı AzToday.az-a ilginc məlumatlar daxil olub.
Məlumatlarda 1 il Samux, 15 il Ağcabədi və 2 ildir Masallıya icra başçılıq edən Şahin Məmmədovun özbaşınaqlıqları yanaşı şəxsi qəribəlikləri də yer alıb.
Özünü vətənpərvər, şəhid və qazi ailələrinin himayəçisi kimi göstərməyə çalışan Şahin Məmmədovun 2 ildir rəhbərlik etdiyi Masallıda yaşayış binalarının ətrafının satıldığı, bunun isə şəhər sakinlərinin haqlı narazılığına səbəb olduğu bildirilir. Başqa bir məlumatda isə deyilir ki, Şahin Məmmədov boş vaxtlarını inək fermalarına baş çəkməklə keçirir…
17 ildir icra başçısı işləyən Şahin Məmmədovun ölkə xaricində çoxsaylı daşınmaz əmlaka sahib olduğu barədə məlumatlar mediada əksini tapıb. Belə ki, onun Gürcüstanın Batumi şəhərində dəyəri milyonlarla ölçülən villaya sahib olduğu yazılır.
Redaksiyamıza Şahin Məmmədovla bağlı daxil olan şikayətləri və məlumatları araşdırmaqdayıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.