Bakıda iki həftə əvvəl avtomobillə vurulan qadın xəstəxanada ÖLÜB

 29-11-2022

Bakıda iki həftə əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, noyabrın 16-da Məmmədov Abdulla İsrafil oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillə 1955-ci il təvəllüdlü Şəmsiyyət Zeynalovanı vurub.

Yaralı qadın dünən 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bənzər yazılar

0.1563138961792