Şirvanda avtomobil təmiri sexi YANIB

 29-11-2022

Şirvan şəhərində avtomobil təmiri sexi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib k, ümumi sahəsi 200 kv.m olan bir-birinə bitişik beş boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 40 kv.m olan boksunun dam örtüyünün taxta atmaları 6 kv.m sahədə, içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bənzər yazılar

0.15272402763367