İran diplomatı Bakıdakı əyləncə mərkəzində AĞIR XƏSARƏT ALIB

 28-11-2022

Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

APA.az xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb.

Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.

Bənzər yazılar

0.15917301177979