Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məlumata görə, sanksiya ilə bağlı sənədə daha 206 yeni maddə əlavə edilib.
Bildirilib ki, siyahıya Rusiyanın milyarderləri - Qriqori Beryozkin, Vladimir Yevtuşenko, Viktor Medvedçuk, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı Mariya, sahibkar Gennadi Timçenkonun həyat yoldaşı Yelena, milyarder Əlşir Usmanovun bacıları Saodat Narziyeva və Gülbahar İsmailova, “Surqutnefqaz”ın sahibi Vladimir Boqdanov, “Ozon”un keçmiş baş direktoru Aleksandr Şulgin, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Andrey Fursenko, ESN şirkətlər qrupunun sahibi Qriqori Berezkin, “Transmaşholdinq” Səhmdar Cəmiyyəti direktorlar şurasının sədri Andrey Borkarev, “Qazprombank”ın vitse-prezidenti Sergey Fursenko, sahibkarlar Səid Kərimov, Fərhad Əhmədov və İor Kesayev də var.
Siyahıda “Lukoyl” şirkətinin sahibi, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun da adı var.