Ağdaşda azyaşlı su arxında BOĞULUB

 23-11-2022

Ağdaş rayon sakini su arxında boğularaq ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bugün saat 16 radələrində Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis, prokurorluq və FHN əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.44470691680908