Bakıda kafedən oğurluq edən ŞƏXS TUTULUB

 23-11-2022

Bakıda oğurluq hadisəsi olub.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 15-də Moskva prospektində yerləşən kafelərin birindən qapını sındırmaq yolu ilə 280 manat pul, 1 500 manat dəyərində mobil telefon, səsgücləndirici, mikrofon və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Hümmətov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.47341179847717