Bakıda “Dərnəgül” “Koroğlu” metrostansiyaları arasında üç yeni stansiya inşa OLUNACAQ

 22-11-2022

“Bakı metropoliteni “yaşıl xətt” üzrə “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər tikiləcək 3 yeni stansiyanın layihə-smeta sənədlərinin hazırlanmasını başa çatdırıb”.

Bu barədə bu gün Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, xətt üzrə bütün sənədləşmə işləri hazırdır: “Tikinti barədə tapşırıq verilən kimi dərhal işlərə başlanacaq. Hazırda tikintiyə başlamaq üçün lazım olan bütün şərait var. Metropolitenin tikintiyə başlamaq üçün kifayət qədər texniki və zehni potensialı mövcuddur.

Bakı metropoliteninin “yaşıl xətti” üzrə yerləşən, şərti adı Y-15 olan “Həzi Aslanov-2” stansiyasının tikintisi gələn il davam etdiriləcək”.

O bildirib ki, hazırda tikinti işləri müvəqqəti dayandırılıb.

“Hazırda “Həzi Aslanov-2” stansiyasında tikinti getmir. Amma stansiyanın böyük bir hissəsi tikilib. Gələn il müəyyən şərtlər daxilində biz stansiyanın tikintisini davam etdirə bilərik. Tikinti üçün Bakı metropoliteninin kifayət qədər imkanları var”, - Ə.Osmanov bildirib.

Xatırladaq ki, Bakı metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.

Bənzər yazılar

0.14756107330322