Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Namazovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin qərarı ilə təsirləndirilən şəxs 7 il 10 ay müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü S.Namazov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
S.Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.