Ekspert Xalid Teymur Əkrəm: “Azərbaycanın Fələstində Təmsilçilik Ofisi açmaq qərarı sülh istəyini əks etdirir”

 19-11-2022

“Fələstində Təmsilçilik Ofisinin açılması qərarı Azərbaycanın regional əməkdaşlığı və sülh təşəbbüslərini genişləndirmək istəyini əks etdirir”.

Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Xalid Teymur Əkrəm deyib.

Onun sözlərinə görə, bu qərar digər müsəlman dövlətlərinə hörmətin ifadəsi və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin bariz təzahürüdür.

“O, həmişə başqa ölkələrlə əlaqələrin gücləndirilməsi ilə yanaşı, sülh və ümumi inkişafın tərəfdarı olub. Hesab edirəm ki, Fələstin ilə sarsılmaz münasibətlərin qurulması bütün müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm addımdır. Biz bu dostluq və əməkdaşlıq aktını tam şəkildə dəstəkləyirik”, - X.T.Əkrəm bildirib.

Ekspert vurğulayıb ki, bütün müsəlman ölkələri bu addımı alqışlayır.

Xatırladaq ki, noyabrın 18-də Milli Məclisdə “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsi qəbul olunub.

Bənzər yazılar

0.20524787902832