Rusiya ABŞ-la yüksək səviyyədə danışıqlara hazır olduğunu bəyan etdi

 19-11-2022

“Rusiya nüvə silahının yayılmaması ilə bağlı yeni sazişi nəzərdən keçirməyə hazırdır”.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov dövlət KİV-nə müsahibəsində bildirib.

“Əgər Vaşinqton hazırdırsa, Rusiya ABŞ ilə yüksək səviyyədə strateji sabitlik görüşlərinə hazırdır”, - deyə o qeyd edib.

Ryabkov həmçinin bildirib ki, Rusiya Qahirədə keçiriləcək strateji hücum silahları müqaviləsi ilə bağlı qarşıdakı danışıqlardan sonra ABŞ-la yeni təmasları istisna etmir.

Mənbə: Zn.ua

Bənzər yazılar

0.14705109596252