Gəncədə 16 yaşlı qız ana olub

 11-04-2022

Gəncə şəhərində 16 yaşlı qız ana olub. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Belə ki, şəhər sakini A.B. Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanasında doğum edib. 

16 yaşlı qız 2020-ci ildə ailə həyatı qurub. Faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Gəncədə 16 yaşlı qızın ana olması ilə bağlı araşdırma aparılır. 

O qeyd edib ki, Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb və məsələyə hüquqi qiymət veriləcək. 

Qeyd edək ki, ana və uşağın vəziyyəti normal qiymətləndirilir.

Bənzər yazılar

0.22993683815002