Bakı Nəqliyyat Agentliyində hər ay tenderlə sovurulan milyonlar

 07-04-2022

Bakı Nəqliyyat Agentliyi yeni yaranan qurumlardan sayılsa da, köhnə və ənənəvi iş üsulları ilə digərlərindən fərqlənmir. Bu günlərdə deputat Fazil Mustafanın dediyi kimi, köhnə məmurlar rüşvətxor olsalar da, yenilərə oxşamırdılar, gözütox idilər.

Yəni yeni məmurlar daha acgözdürlər və köhnə nomenklaturaya bənzəyirlər. Bu mənada BNA da diqqət çəkir. Şəhərin ictimai nəqliyyatını elə Ziya Məmmədov kimi idarə edən qurumun sədri Vüsal Kərimlinin “məharəti” ondadır ki, görülməyən işlərin tenderini keçirib yaxşı pul silməyi bacarır.

Tia.az məlumat verir ki, bu günlərdə BNA yenə gözdən iraq, xəlvəti tender elan edib. Qurumun balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması üzrə tender elan edilib. Bu cür müsabiqələr maxinasiya niyyətinə xidmət edir və qısa zamanda rəhbərliyə yaxın MMC qalib elan olunmaqla vəsait həmin şirkətə köçürülür, sonra dədə malı kimi bölüşdürülür.

Bu, V. Kərimlinin BNA-da illərdir ki, davam edən korrupsiya piramidası və iş üslubudur. BNA tenderlər yoluyla büdcə pullarını necə həzm-rabedən keçirməyi bilir. Qurum digər tenderi bir neçə ay qabaq, dəqiq desək, yanvarda keçirib. Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) “Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri”nin satınalınması üzrə tender elan edib.

Fevralda da BNA boş oturmayıb. Həmin vaxt Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi açıqlanıb. Tenderin qalibi “ARİS” MMC olub.

“ARİS” MMC BNA-nın sifarişi əsasında “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində müvafiq proqram təminatlarının və lazımı lisenziyaların əldə edilməsi, habelə mövcud proqram təminatlarının yenilənməsi, müvafiq sistemlərə inteqrasiya olunması və digər aidiyyəti işlər üzrə lazım olan mal, iş və xidmətlərin satın alınması”nı həyata keçirəcək. Şirkət BNA-nın veb saytının yenidən qurulması işini də icra edəcək.

Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “ARİS” MMC-yə 348 min 167 manat ödəyib.

Xatırladaq ki, “ARİS” MMC əvvəllər də BNA-nın keçirdiyi tenderlərin qalibi elan edilib.

Keçən ilin noyabr ayında keçirilən tenderin qalibi olan “ARİS” BNA-dan 3 milyon 498 min 316 manat dəyərində sifariş alıb. Həmin şirkət keçən ilin avqust ayında

“ARİS” BNA-nın keçən ilin avqust ayında keçirdiyi tenderin də qalibi elan olunub və şirkətə 828 min 360 manat ödəniş edilib.

BNA 2021-ci ilin ilin fevral ayında “ARİS” MMC ilə 220 min 248,89 manat dəyərində müqavilə imzalayıb. Yəni şirkət Vüsal Kərimliyə çox sevimlidir. Ümumiyyətlə, az qala hər ay tender keçirən BNA buna vərdiş edib və büdcə mənimsəmələri üçün yaxşı yol tapıb. Bütün bu xərclərlə yanaşı qurum 2018, 2019 və 2020-ci illəri də zərərlə başa vurub.

Tenderlərin bu gün korrupsiya elementinə çevrilməsi də məhz təyinatının müəmmalı olmasından, israfçılıq, lazımsız istiqamətlərə xərclənməsindən irəli gəlir. Ümumiyyətlə, BNA-nın son illərdə şübhəli tenderləri çox olub və onları yenidən yada salacağıq.

Mənbə Tia.az

Bənzər yazılar

0.22547507286072