Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev barəsindəki hökmün dəyişdirilməsini istəyir.
MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, sabiq icra başçısı hökmdən apellyasiya şikayəti verib.
Şikayət Şirvan Apellyasiya Məhkəməsinə təqdim olunub. Sabiq icra başçısı 11 il azadlıqdan məhrum edilməsi barədə hökmün dəyişdirilməsini, əmlakları üzərindən həbsin götürülməsini istəyir.
Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Mahir Quliyevin Bakıda fərqli ünvanlarda yerləşən 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub.