Türkiyənin məşhur şirkəti Azərbaycanı TƏRK EDİB

 29-10-2022

Türkiyənin aparıcı telekommunikasiya şirkətlərindən biri olan “Netaş Telekomünikasyon Anonim Şirketi”nin Azərbaycandakı nümayəndəliyi (VÖEN - 2005055121) ləğv olunduğunu elan edib. 

Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi məlumatda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 25 E ünvanına bildirmələri istənilir.  

Qeyd edək ki, “Netaş Telekomünikasyon Anonim Şirketi”nin Azərbaycandakı nümayəndəliyi 12.06.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nümayəndəliyə Ferda Yapıcı rəhbərlik edib.

1967-ci ildən fəaliyyət göstərən “Netaş” şirkəti Türkiyədə ilk özəl “Tədqiqat və inkişaf” (TƏ-İN) mərkəzinin qurucusu hesab olunur. 2017-ci ildən “Netaş” səhmlərinin 48%-i Çinin “ZTE Corporation” şirkəti tərəfindən satın alınıb.

Bənzər yazılar

0.14104199409485