Məşhur rusiyalı aktrisanın qızı sevgilisi ilə Bakıda DİNCƏLİR

 29-10-2022

Məşhur rusiyalı aktrisa Anastasiya Zavorotnyukun böyük qızı Anna sevgilisi ilə birlikdə Bakıda dincəlir.

Bu barədə 26 yaşlı model özünün “Instagram” hesabından xəbər verib.

O, Azərbaycana səfəri ilə bağlı ilk təəssüratlarını belə bölüşüb:

“Hava gündə beş dəfə dəyişir! Mən yəqin heç vaxt bir neçə saat ərzində bu qədər paltar soyunub-geyinməmişəm. Soyuq küləyə görə olur, o, burada kifayət qədər güclüdür. Qədim şəhər bir möhtəşəmdir, memarlığı ilə bəzi yerlərdə Parisi, bəzi yerlərdə isə İstanbulu xatırladır. Yemək demək olar hər yerdə ləzzətlidir, xüsusən də ət, kabab, dönər. İnsanlar çox mehriban və qonaqpərvərdirlər”, - deyə o yazıb.

 

Bənzər yazılar

0.44588303565979