Şəmkirdə avtomobil qaz borusuna ÇIRPILIB: Xəsarət alanlar VAR

 26-10-2022

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qaz borusuna çırpılıb.

Qəza nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.15918302536011