İpoteka krediti ilə ev almaq istəyən şəxs əmlak şirkəti tərəfindən aldadıldığını iddia edib.
MillətinSəsi.info xəbər verir ki, paytaxt sakini Zaur Cabbarov bildirir ki, 2021-ci ilin yanvarında ipoteka krediti ilə ev almaq istəyib və vasitəçi əmlak şirkəti axtarmağa başlayıb.
Zaur Cabbarov müqaviləyə əsasən, ümumilikdə şirkətə 2500 manat xidməthaqqı ödəyib.O bildirir ki, ipoteka fondu kredit ayrılması üçün onu banka yönləndirib. Ancaq bank imtina verib və nəticədə o, ipoteka ilə ev ala bilməyib. Müqaviləyə görə, əmlak şirkəti iş alınmayacağı təqdirdə aldığı 2500 manatı geri qaytarmalı idi.
Zaur Cabbarov məsələ ilə bağlı polisə də müraciət edib. Ancaq bunun hələlik bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı adı hallandırılan "Saray Əmlak'' şirkətinin direktoru İlqar Babayev hazırda Türkiyədə olduğundan atası Azər Babayevin açıqlama verəcəyini bildirdi.
Azər Babayev dedi ki, bağlanmış müqaviləyə uyğun olaraq Zaur Cabbarova xidmət göstərilib və sənədləri ipoteka fonduna göndərilib.İpoteka Fondu da həmin şəxsə pul ayırıb. Ancaq Zaur Cabbarovun bankla problemi olduğu üçün ona kreditin verilməsindən iki bank imtina edib.
Vəsiaitin qaytarılmasına gəldikdə isə bildirildi ki, Zaur Cabbarov məhkəməyə müraciət etsin. Əgər məhkəmə qərar verərsə, pulu ona qaytarılacaq.
Xəzər.Xəbər-in mövzu ilə bağlı materialını təqdim edirik: