Boşanma qərarını uşağa ən doğru şəkildə necə izah etmək OLAR?

 16-10-2022

“Boşanma qərarı verən valideynlər uşaqlarına onların yaşına uyğun şəkildə məsələni söyləmələri vacibdir. Cütlük övladlarına niyə və hansı səbəbdən bu qərarı verdiklərini və bundan sonra necə davam edəcəklərini bildirməlidirlər”.

“Xəzər Xəbər”in məlumatına görə, bunu Kliniki Psixoloq Seda Aydoğdu ailələrin boşanma vəziyyətinin sağlam formada aparılmasından danışarkən deyib.

“Münaqişəli mühitdə böyüyən uşaqların davamlı olaraq mübahisələrə və davalara şahidlik etmələri səbəbindən boşanma valideynlər üçün çox vaxt daha yaxşı bir seçim ola bilir”.

Mütəxəssis boşanma prosesinin elanı zamanı valideynlərin ortaq hərəkət etmələrinin vacib olduğunu ifadə edib:

“Ana və ata boşanmaq qərarına gəldikdən sonra prosesi təhlil etməlidirlər. Bu məsələ uşağa başa salındıqdan sonra, qərarın dəyişdirilməsi uşağı çaşdıracaq. Valideynlər boşanma qərarına əmin olduqda,uşağa anlaşılan dil ilə izah etməldirlər. Uşağa izahat verildikdən sonra valideynlər tez bir zamanda tədbir görməlidirlər. Məsələn, valideynlərdən biri ayrı evə çıxmaq niyyətindədirsə, bu qərar uşağa düzgün şəkildə deyildikdən dərhal sonra həyata keçirilməlidir. Valideynlər uşağa vəziyyəti başa salarkən bir-birinə qarşı ittiham xarakterli sözlər işlətməməlidirlər.

Uşağın verəcəyi suallara valideynlərin aydın, sadə və düzgün cavab verməsi lazım olduğunu vurğulayan Seda Aydoğdu, “Uşağın uyğunlaşma problemi varsa və ya yaşından kiçik davranırsa, mütəxəssisdən dəstək almaq mütləq vacibdir”, - deyə açıqlama verib.

Bənzər yazılar

0.20197701454163