“Dokta Apteklər” qanunsuz işçi götürdüyü üçün məhkəməyə verildi

 02-04-2022

Tanınmış apteklər şəbəkəsi “Dokta Apteklər” qanunvericiliyi pozduğu üçün cərimələnib.

Kriminalqafqaz” xəbər verir ki, şirkət barəsində tərtib olunan protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozmaqda təqsirli bilinir. Belə ki, sertifikasiyadan keçməyən şəxslərin aptekdə əczaçılıq fəaliyyətinə icazə verilib.

İddia təmin olunarsa, “Dokta Apteklər”i 8 min manatadək cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Dokta Apteklər” ölkənin bir çox bölgəsində filialı olan geniş şəbəkəyə malikdir.

Bənzər yazılar

0.20915699005127