Ağdam sakini yaşadığı qəsəbənin icra nümayəndəliyi qarşısında özünü doğrayıb.
MillətinSəsi.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə bu gün rayonun məcburi köçkünlər yaşayan Dördyol-1 qəsəbəsində baş verib.
Borca görə suyu kəsilən qəsəbə sakini Əlizamanov Yunis Niyaz oğlu yerli icra nümayəndəliyinin qarşısında kəsici alətlə özünə xəsarət yetirib.
Hadisə yerinə yerli polis əməkdaşları və həkimlər cəlb edilib.
Y.Əlizamanova tibbi yardım göstərilib.