“Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twiter” hesabında yazıb.
“Mina partlayışı nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
2 more #Azerbaijani civilians severely injured as a result of landmine explosion. 2️⃣5️⃣9️⃣ people became victims since the end of war. Deliberate and continued planting landmines by #Armenia in Azerbaijan’s territories must be addressed and condemned! #stoplandmines
— Jeyhun Bayramov (@bayramov_jeyhun) October 8, 2022