Qazaxda yerləşən məktəb dörd aydır İŞIQSIZ QALIB

 07-10-2022

Qazax rayonu, Canallı kənd tam orta məktəbi dörd aydan artıqdır işıqsız qalıb.

Lent.az xəbər verir ki, bu barədə kənd sakinləri məlumat verib. 

Canalı kəndinin bələdiyyə sədri Babək Şahmalıyev bildirdib ki, paylayıcı trasformator yanıb və aidiyyatı orqanlara, habelə, “Azərişıq”a müraciət olunsa da, nəticə yoxdur. 

“Naqillər pis gündədir, xətlər qırıqdır. Heç kim probemi həll etmək istəmir. Bələdiyyə olaraq bizim də gücümüz xaricindədir”, - deyə B.Şahmalıyev bildirib.

Bənzər yazılar

0.18702101707458