Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank” ASC tanınmış işədüzəltmə şirkətlərindən biri olan “Fesco Group” MMC-yə (VÖEN – 1304350061) və şirkətin rəhbəri (qanuni təmsilçi) Əfəndiyeva Vüsalə Ədalət qızına qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.
Bildirək ki, “Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
Məlumat üçün bildirək ki, “Fesco Group” MMC 07.01.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 57/24, m. 47-də yerləşir.
Onu da qeyd edək ki, hazırda “Fesco Group” MMC-nin dövlət büdcəsinə böyük miqdarda – 558 min 751 manat 35 qəpik vergi borcu da var.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlma verən “Fesco Group” MMC-nin sahibi İlyas Əfəndiyev bildirdi ki, yaranmış vergi borcu pandemiya dövründə aiddir. MMC rəhbərinin sözlərinə görə, pandemiya dövründə 4 ay işləməyiblər, lakin həmin dövürdə işçilərinə 8-10 min manat maaş ödənilib.
İlyas Əfəndiyev qeyd edir ki, sonradan dövlət tərəfindən pandemiyaya görə ayrılan yardımı ala bilməyiblər. Şirkət rəhbəri öz açıqlamasında onu da qeyd etdi ki, “Paşa Bank”la aralarında yaranan kredit mübahisəsini də həll ediblər.
A. Cəfərov