Bakıda polisin duracağa yerləşdirdiyi avtomobil QARƏT EDİLİB? - İDDİA + VİDEO

 04-10-2022

Bakıda polisin duracağa yerləşdirdiyi avtomobilin qarət edildiyi iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, bu iddianı hazırda paytaxtda yaşayan Şirvan şəhər sakini Yusif Qarayev səsləndirib.

O bildirib ki, sentyabr ayının 1-də Babək prospektində onun avtomobilini polis saxlayıb. Avtomobil polis əməkdaşının göstərişinə əsasən Yasamal rayonu ərazisindəki müvəqqəti duracağa aparılıb.

Yusif Qarayev avtomobilinə ümumilikdə 5000 manata yaxın ziyan dəydiyini deyir. O, artıq bununla bağlı aidiyyəti üzrə müraciət də edib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirib ki, həmin avtomobil barəsində ödənməmiş cərimələrə görə həbs qərarı çıxarılıb və bu səbəbdən duracağa qoyulub. Araz Əsgərlinin sözlərinə görə, belə hadisə həmin duracaqda və ümumilikdə paytaxt ərazisindəki duracaqlarda ilk dəfədir yaşanır.

Azar Əsgərli qeyd edib ki, bütün hallarda məsələ araşdırılacaq və hadisəni törədənlər müəyyən edilərək fakta hüquqi qiymət veriləcək.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

0.23801493644714