Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərliyə qarşı daha bir məhkəmə iddiası qaldırılıb.
MillətinSəsi.info "Report"a istinadla xəbər verir ki, vətəndaş Bayram Qaraşov mülki iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət edib.
O, iddiasında qeyd edib ki, Səbail rayonu ərasində inşa edilən jurnalistlərin binasında 2018-2020-ci illərdə fəlhə kimi çalışıb. Lakin B.Qaraşov çalışdığı, V.Səfərliyə məxsus şirkətdən rəsmi qaydada əməkhaqqı almayıb.
V.Səfərlinin həbsindən sonra məlum olub ki, B.Qaraşova işlədiyi şirkətdən rəsmi qaydada əməkhaqqı verilib.
"2018-2020-ci illərdə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərim 20 min manata yaxın olub. Bu gəlirdən vergi ödədiyimdən isə xəbərim olmayıb", - iddiada göstərilib.
Mülki iddia hazırda hakim Şəhriyar Əliyevin icraatına verilib. Lakin işin vaxtı hələlik məlum deyil.
B.Qaraşov məhkəmədən xahiş edir ki, ona dəymiş mülki iddia təmin olunsun.
Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.