Məktəbə gedən uşaqlar və onları aparan valideynlər, yanğın söndürməyə, xəstə yanına təcili çatmağa çalışan briqadalar, bir sözlə, bu yoldan keçməli olan hər kəs əzab-əziyyətə qatlaşmalı olur.
İllərdir ki, vətəndaşlara çətinliklər yaşadan yol Masallının Güllütəpə, Yolağac və Köhnə Zuvand kəndlərini birləşdirir.
Həmin yolun 15 km-ə yaxın hissəsi bərbad vəziyyətdədir və qış aylarında vəziyyət daha da çətinləşir. Yolağac kəndində 1054, Köhnə Zuvand kəndində isə 630 sakin yaşayır.
Güllütəpə inzibati ərazisində yerləşən bu ucqar kəndlərin üç əsrə yaxın tarixi var, amma bu tarixi vərəqləsək, bir dəfə də olsun sözügedən bərbad yolun əsaslı təmir olunduğuna rast gəlmərik. Sakinlər illərdir problemlə bağlı heç bir tədbir görülmədiyini desələr də, kəndin icra nümayəndəsi əksini iddia edib.
Qeyd edib ki, həmin yolun asfaltlanması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb, tezliklə məsələ öz həllini tapacaq.
Daha ətraflı Baku TV-nin süjetində: